Dünya

İran DİN: Prezident seçkilərində Həsən Ruhani qalib gəlib

20 May 2017 16:23
0 Şərh     Baxış: 1 262

İranda keçirilmiş prezident seçkilərinin nəticələri açıqlanıb.

APA-nın Tehran müxbiri xəbər verir ki, İranın daxili işlər naziri Əbdürrza Rəhmani keçirdiyi mətbuat  konfransında səsvermənin nəticələrinə görə, hazırkı prezident Həsən Ruhaninin səslərin 57 faizini (23 549 616 səs) toplayaraq, İranın 12-ci prezidenti seçildiyini bildirib.

H.Ruhanin əsas rəqibi İbrahim Rəisi səslərin 38.5 faizini (15 786 449 səs) alıb.

Digər namizədlər Mustafa Mirsəlim 478 215, Mustafa Haşimitəba isə 215 450 səs toplayıb.

Həsən Ruhaninin İnstagram səhifəsində elan verilib ki, bu gün prezident Həsən Ruhani xalqa müraciət edəcək.

İranda keçirilən prezident seçkilərində ümumilikdə 41 220 131 nəfər səs verib.  Əhalinin aktivliyi 75 faiz təşkil edib.

Qeyd edək ki, əhalinin 56 milyon 410 min nəfərinin səsvermə hüququ olub.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.