Dünya

İndoneziyada 178 sərnişinin olduğu bərə yanıb

20 May 2017 08:58
0 Şərh     Baxış: 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyada 178 sərnişinin olduğu bərə yanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Maritime Executive" nəşri xəbər verib.
Nəşrin məlumatına görə, hadisə zamanı 3 nəfər ölüb, 84 sərnişinin taleyi isə naməlumdur. Ölkənin xilasetmə xidməti 91 nəfərin xilas edildiyini bildirib.
Bərə Yava adasından Borneo adasına doğru hərəkət edirmiş. Yanğın başlayanda ekipaj üzvləri alovu söndürməyə çalışıb. Lakin onlar buna nail ola bilməyiblər. Belə olduqda kapitan heyət üzvlərinə və sərnişinlərə bərəni tərk etmək və xilasetmə jiletlərini geymək göstərişini verib.
İtkin düşənlərin axtarışına başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.