Dünya

Bu ölkənin qızları ər tapa bilmir - FOTO

19 May 2017 18:50
15 Şərh     Baxış: 13 409
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az axşam.az-a istinadən Rusiya haqda bilmədiyiniz bəzi məlumatları təqdim edir:

1. Bu ölkədə uşaqların yanında cinsi azlıqlardan danışmaq qadağan. Bunu edən şəxsə "Gənclərə homoseksuallığı təbliğ etmək" ittihamı ilə iddia açılır.



2. Rusiyada əhalinin çox hissəsini qadınlar təşkil edir. Burada kişilərdən 9 milyon çox qadın yaşayır. Ona görə adıçəkilən ölkədə qadınlar ərə getmək üçün kişi tapa bilmir.



3. Zəngin ruslar tıxacdan qaçmaq üçün saxta Təcili Yardım maşınları kirayələyirlər.



4. Məlumata görə, Rusiyada kimsənin yerini bilmədiyi və xəritələrdə də görünməyən 15 gizli şəhər var.



5. Rusiyada çirkli bir avtomobil sürmək qanunu pozmaq deməkdir.



6. Orta hesabla bir rus ildə 18 litr spirtli içki qəbul edir ki, bu da mütəxəssislərin təhlükə sərhədinin az qala iki qatı deməkdir.



7. Rusiyada yerləşən Qaraçay Gölü dünyanın ən radioaktiv və çirkli gölü hesab olunur.



8. Rusiyada bəzi muzeylərdə sənət əsərlərinə gəmiricilər tərəfindən zərər verilməməsi üçün pişiklər "işlədilir".



9. Rusların üçdə biri Günəşin Yerin ətrafında fırlandığını zənn edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.