Dünya

63 min adama "məzar" olan xəstəxanada indi onların ruhu gəzir - FOTO

19 May 2017 20:24
1 Şərh     Baxış: 3 735

Xəstəxanalar, ümumi olaraq sevilən yerlər hesab edilmir. Ölümün qoxusunun olduğu, acı bağırtı səslərinin ətrafı bürüdüyü yerlərdir.

Yaxşı, 63 min xəstənin öldüyü bir xəstəxananın abu-havasını heç düşündünüzmü?

ABŞ-ın Kentukki ştatında 1920-ci illərdə inşa edilən "Waverly Hills" xəstəxanası içində ölən 63 min insanın ölüm qoxusunu hələ də "havasında daşıyır".

"Waverly Hills" 1900-cü illərin əvvəllərində Amerikada vərəmin təhlükəli ölçüdə yayılmağa başladığı bir zamanda  inşa edilib. O dövrlərdə vərəmin çarəsi olmadığından da bu xəstəliyə yoluxan hər kəsi bir mənalı olaraq cəmiyyətdən uzaqlaşdırmaq məqsədiylə bu xəstəxanaya gətirirlərmiş.

Lakin burada keçən uzun illər ərzində vərəmə çarə tapılmadı. Xəstələrinin sayının kəskin artması və heç bir həlli yolunun tapılmamağıyla yanaşı, artıq xəstələr ağıllarını itirməyə başladı.

İşin qorxunc tərəfi o idi ki, xəstələr vərəmdən əziyyət çəkməkdənsə, intihar edərək ölməyi seçirdilər.

Ölən xəstələr xəstəxananın ən məşhur hissələrindən olan 150 metrlik "Ölüm tuneli" kimi tanınan tuneldən keçirilərək dəfnə aparılırdılar.

Xəstəxananın bağlanıldığı 1961-ci ilə qədər 63.000-ə yaxın insan artıq həyatını itirmişdi.

Xəstəxana bağlandıqdan 1 il sonra isə əqli qüsurlu şəxslər üçün fəaliyyət göstərməyə başlayır.  1982-ci ildə yenidən bağlanır. 

Tam bir faciə filmi kimi keçən illər ərzində xəstəxana ilə əlaqəli ortaya onlarla tükürpərdici iddialar atılır. Bir çox insan hələ xəstəxananın dəhlizində ölən insanların ruhlarının gəzdiyini iddia edir.

Gecələri bu ruhların ortaya çıxdıqlarını və bağlı olan xəstəxananın divarlarına ölümün kölgəsini əks etdirdiklərini deyirlər.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ema · 19 May 20:5111

    Vay çox qorxunc yəni həqiqetdi yoxsa yalan

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.