Dünya

Dağıstanda quldur dəstəsinin başçısı zərərsizləşdirildi

19 May 2017 16:20
0 Şərh     Baxış: 623

Dağıstanda antiterror əməliyyatı zamanı dörd silahlı, o cümlədən "Kadar" dəstəsinin başçısı zərərsizləşdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, Milli Antiterror Komitəsinin məlumatında əməliyyat zamanı Dağıstanın Buynaksk rayonunun Karamaxi kəndindəki fərdi evlərin birində cinayət fəaliyyəti ilə məşğul olan qrup üzvləri aşkar edilib. Quldurları mühasirə alan hüquq-mühafizə orqanlarının silahı yerə qoyub təslim olmaq təklifinə qarşı tərəf atəş açmaqla cavab verib.

Məlumata görə, dəstə terror istiqamətli çoxsaylı cinayətlər törədib, o cümlədən Karamaxi kəndinin administrasiya rəhbərini, eləcə də digər mülki vətəndaşları qətlə yetirib, eyni zamanda, hədə-qorxu yolu ilə sahibkarlardan böyük məbləğdə pul qoparıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.