Dünya

Milyonçu qadının maraqlı həyatı - FOTO

18 May 2017 14:33
6 Şərh     Baxış: 2 307

Tanzaniyada 38 uşaqlı bir ailədə anadan olan Pili həyatda qarşılaşdığı bütün çətinliklərə baxmayaraq, milyoner olmağı bacarıb. Ancaq dediyimiz kimi, bu, ona heç də asan başa gəlməyib.

Milli.Az qafqazinfo-ya istinadən BBC-nin Pili Hüseynin həyatından hazırladığı reportajı təqdim edir:

Pilinin atası 6 arvadı olmasına baxmayaraq, onun da fermada işləməsini istəyib. Bu səbəbdən də Pili məktəbə gedə bilməyib.

"Atam mənə oğlan uşağı kimi davranırdı, fermada heyvanlara baxırdım. Bu həyatı heç vaxt sevməmişəm".

O, gənc yaşında evlənib, ancaq həyat yoldaşı da ona eyni zülmü verdiyi üçün ayrılıb və tək yaşamağa qərar verib.

Ancaq məktəb təhsili olmayan Piliyə heç kim iş vermək istəməyib. Bu vaxt Pili Klimancaro dağının ətəyindəki kiçik bir qəsəbədə mədəndən mavi tanzanit daşının çıxarıldığını öyrənib. Ancaq qadınların mədənə girməsinə icazə olmadığı üçün Pili kişi paltarları geyir və özünü Hüseyn adı ilə təqdim edir. Həmin gündən sonra Pili Hüseyn yerin 600 metr dərinliyində gündə 10-12 saat işləməyə başlayır. 

"Çox güclü idim və bir kişinin görə biləcəyi hər şeyi edirdim. Belə deyək, bir qoril kimi hərəkət edirdim. Yeri gəlsə, döyüşürdüm, söyüş belə söyürdüm. Hər işi kişi kimi etdiyimdən heç kim qadın ola biləcəyimi gözləmirdi", - Pili deyib.  

Əzminin bəhrəsi olaraq düz 1 il sonra o, iki böyük tanzanit daş yığını tapıb. Həmin gündən sonra Pilinin həyatı tamam dəyişib. Belə ki, əvvəlcə atasına, anasına və əkiz qardaşına ev alıb. Qalan pulla da özünə yeni alətlər alıb və mədəndə işləmək üçün işçi qüvvəsi yığıb.

Ətrafındakılara qadın olduğunu demək istəməyən Pili Hüseyn üstünə təcavüz böhtanı atılan zaman bunu etiraf etmək məcburiyyətində qalıb. Belə ki, qəsəbədə yaşayan qadınlardan biri polisə müraciət edərək mədənçinin ona təcavüz etdiyini deyib. Təcavüz edən şəxs də günahı Pilinin üzərinə atıb. Pili də günahsız olduğunu sübut etmək üçün qadın olduğunu etiraf etmək məcburiyyətində qalıb. Polisi inandırsa da, ancaq uzun müddət ətrafındakıları buna inandıra bilməyib. 

Hazırda Pili 70 nəfərin çalışdığı bir mədənin sahibidir. Mədən işinin qadınlar üçün çox çətin olduğunu deyən Pili qadınlara sadəcə daşları yumaq və satışı ilə bağlı işlər verir.

"Gördüyüm işlə qürur duyuram, ancaq bu, heç də asan deyil. Mən oxuya bilməmişəm. Ona gözə də qızım başda olmaqla, bütün qız uşaqlarının oxumasını, təhsil almasını istəyirəm"- deyən Fili hazırda 30-dan çox qızın təhsil almasına kömək edir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

6 Şərh:

  • Anonim
    ... · 18 May 15:0940

    halaldi vallah.

    Cavab yaz
  • Anonim
    asi · 18 May 15:1030

    Halal olsjn.Alqa layiq qadındır..

    Cavab yaz
  • Anonim
    asi · 18 May 15:1030

    Alqışa.

    Cavab yaz
  • Anonim
    Sevinc · 18 May 15:1520

    Gozum doldu. Agilli, terbiyyeli qadin.

    Cavab yaz
  • Anonim
    Resid-32 · 18 May 15:1621

    Doqurdan da cox maraqli meqale idi bele neqaleler verin oxuyaq, size de tesekkur edek).

    Cavab yaz
  • Anonim
    Tural · 18 May 16:2901

    Gah pili gahda fili

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.