Dünya

Azyaşlı qız atasına "Yataq otağında anama bax" deyə qışqırdı - Ailə FACİƏSİ - VİDEO

18 May 2017 10:43
7 Şərh     Baxış: 35 616

Antalyada qandonduran hadisə baş verib.

Şəhərin Kemer mahalında 2 uşaq anası olan bir qadın ov tüfəngiylə özünü vuraraq intihar edib. Qadının 8 yaşlı qızı şok halda 1 saat ərzində anasının cənazənin yanında evdə atasını gözləyib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, bir hoteldə çalışan Ebru Erkal G. (37) adlı qadın işi bitdikdən sonra Yeni Məhəllədəki evinə gəlib. 1 saat sonra da qadının 8 yaşlı qızı H.G. məktəbdən gələrək otağına gedib. Maddi çətinlik səbəbiylə çətin günlər yaşadığı iddia edilən gənc qadın saat 16.30 radələrində evdə olan ov tüfəngi ilə başından atəş açaraq intihar edib.

Anası intihar etdiyi məqamda evdə olan qızı H.G. isə şok halda atası İbrahim G. gələnə qədər anasının cəsədiylə evdə qalıb. Saat 17.30 radələrində evə gələn İbrahim G. qızının "Ata, anama bax yataq otağında" deyə qışqırdıqdan sonra otağa qaçan ər yoldaşını qan içində yerdə görüb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası qadının həyatını itirdiyini müəyyən edib.

Hadisə ilə əlaqədar istintaq başladılıb.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azyaşlı qız atasına

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Moskva RTSSDK · 18 May 10:4810

    Allah gunahlarini bagiwlasin.Cox pis oldum.Uwag ne qeder sarsinti kecirdib indi.

    Cavab yaz
  • Anonim
    Efqan · 18 May 10:5010

    Dogurdan dehşetli hadisedi . Uşagin gözü qarşisinda bu cür hadiseni töretmek , onun gelejek heyati üçün bir travmadir eslinde .

    Cavab yaz
  • Anonim
    Adi insan · 18 May 14:2310

    Ay ALLAH bu kasibciliq butun dunyada camaatin artiq aglini bawindan alb

    Cavab yaz
  • Anonim
    Adi insan · 18 May 14:2400

    Bu kasibciliq artiq butun dunyada camaatin aglini bawindan alib.ALLAH komek olsun

    Cavab yaz
  • Anonim
    Anar · 18 May 16:3600

    Uşağa yazığım gəldi. Allah qorusun.

    Cavab yaz
  • Anonim
    Alis · 18 May 22:4500

    Oy yaziq usaq,gor neler yasayib.Ana gozununqabaginda olub bir saat da evde tek.O usagin psixikasinda bu hadise omurluk derin iz buraxdi.Kasibciliq pis seydi.

    Cavab yaz
  • Anonim
    Efqana · 18 May 23:0601

    sen uwaqin qelejeyi ucun narahat olma

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.