Dünya

Türkiyədə PKK hücümü: 1 ölü, 6 yaralı

20 İyun 2017 08:43
0 Şərh     Baxış: 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə PKK terror təşkilatının üzvləri minaatanlardan istifadə etməklə Çukurcadan Vana gedən hərbi karvana hücum ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, hücum nəticəsində Türkiyənin 1 əsgəri şəhid olub, 6-sı isə yaralanıb.

Məlumata əsasən, yaralananlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.