Dünya

Hava limanında baqajdan tısbağa çıxdı - FOTO

15 May 2017 20:12
1 Şərh     Baxış: 1 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Malayziyanın Kuala Lumpur hava limanında qəribə hadisə baş verib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, hala limanı əməkdaşları içərisində daş olduğu iddia edilən yükləri açanda donub qalıblar. Baqajlardan 330 ədəd tısbağa çıxıb. Tısbağaların ümumi dəyəri 277 min ABŞ dollarıdır.

Gömrükdən verilən xəbərə əsasən, Madaqaskardan ölkəyə gətirilən 325 hind ulduzu tısbağası və 5 angonoka tısbağası müsadirə edilib. Canlıların ümumi dəyəri 276 min 721 dollardır.

Tısbağalar 5 qutuya yığılıb və üzərinə "daş" etiketi yapışdırılıb. Qutular Kuala Lumpur hava limanının karqo deposunda ələ keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.