Dünya

Olland səs verdi

7 May 2017 15:26
0 Şərh     Baxış: 4 468

Fransa prezidenti Fransua Olland seçki məntəqələri açıldıqdan iki saat sonra ikinci tur səsverməsində iştirak edib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, dövlət başçısı səsverməyə yaxşı əhval-ruhiyyədə gəlib.

O, səsvermədə iştirak edən seçicilər ilə görüşüb və şəkil çəkdirib. Bildirilir ki, Olland səsvermə kabinəsindən çıxdıqda bir qadın ona gül verib, o da gülü özünü müşayiət edənlərdən birinə ötürüb.

Ənənəvi olaraq, Olland ölkənin cənub-qərbində yerləşən Tyul şəhərində səs verib.

Qeyd edək ki, Fransua Olland 2001-2008-ci illərdə bu şəhərin meri olub.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.