Dünya

İrəvanda etiraz aksiyası keçirilir

21 Aprel 2017 14:04
0 Şərh     Baxış: 1 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, ticarət obyektlərinin işçiləri hökümət binasının qarşısında toplaşaraq baş nazir Karen Karapetyanla görüş tələb edirlər.

Etirazçıların sözlərinə görə, artıq üç gündür ki, vergi orqanları onların yarmarkalarında yoxlamalar həyata keçirir, sənədlər tələb edir, müxtəlif üsullarla onları sıxışdırır. 

Aksiya zamanı "Bizi sakit buraxın" - deyə şüarlar səsləndirilib.

Etirazçılarla hökümət aparatının məktubların qəbulu və çatdırılma departamentinin rəisi Aleksandr Qazayan görüşüb və onlara 10 nəfərlik qrup halında baş nazirin yanına qalxmağı təklif edib. 

Təklifi rədd edən etirazçılar tələb ediblər ki, baş nazir aşağı düşməli, onların problemlərini dinləməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.