Dünya

Lenin basdırılır?

21 Aprel 2017 13:18
3 Şərh     Baxış: 2 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya inqilabçısı, SSRİ-nin qurucusu Vladimir Lenin ölümündən illər sonra torpağa tapşırıla bilər.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, rusiyalı deputatlar belə bir təklifklə çıxış ediblər. 

Liberal Demokratlar və "Vahid Rusiya" partiyasından olan deputatlar Dövlət Dumasının gündəliyinə bu məsələ ilə bağlı təklif salıblar. Onlar Leninin qalıqlarının mavzoleydən çıxarılaraq Qızıl meydanda dəfn edilməsini istəyirlər. 

Qanun layihəsinə düzəlişlərdən birinin müəllifi İvan Suxarev deyib ki, mavzoleyi köçürmək və onu Lenin muzeyi etmək olar. Amma Rusiyanın "ürəyində" yox. 

Qeyd edək ki, rusların da böyük əksəriyyəti Leninin nəşinin dəfn edilməsinin tərəfdarıdır. Belə ki, aparılan sorğuda iştirak edən Rusiya vətəndaşlarının 58 faizi onun torpağa tapşırılmalı olduğunu düşünür. Onların 32 faizi qalıqların Kreml divarları altında, yerdə qalanlar isə Sankt Peterburqda basdırılmasını istəyir. 

31%  isə Leninin mavzoleydə saxlanmasının tərəfdarıdır. 

Qeyd edək ki, Lenin 22 aprel 1870-ci ildə anadan olub. 21 yanvar 1924-cü ildə isə vəfat edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.