Dünya

Bank işçisi müştərilərin 5 milyonunu sevgilisinə "yedirtdi" - VİDEO

21 Aprel 2017 13:00
1 Şərh     Baxış: 10 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Balıkəsir şəhərinin Bandırma rayonunda ələ keçirdiyi 5 milyon lirəni sevgilisi T.Y.-nin hesabına köçürən 38 yaşlı bank işçisi Görkem D. həbs olunub.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, Bandırmadakı özəl bir bankda çalışan Görkem D. iddiaya görə, 2012-ci ildən etibarən müştərilərinin hesabından ələ keçirdiyi pulları ticarətlə məşğul olan T.Y. adlı sevgilisinin hesabına köçürüb.

Hadisə bir müştərinin olaydan şübhələnərək hesabını davamlı olaraq yoxlaması nəticəsində ortaya çıxıb. Edilən şikayət sonrası banka gələn müfəttişləri görən Görkem D. İstanbula qaçıb.

Edilən araşdırma zamanı Görkem D. -nin bəzi müştərilərinin hesabından 5 milyon lirəni mənimsədiyi və bu pulları sevgilisi olduğu iddia edilən T.Y.-nin hesabına köçürdüyü ortaya çıxıb.

Polisin onu axtardığını öyrənən Görkem D. İstanbuldan vəkili ilə Bandırmaya qayıdaraq təslim olub.

İddialarla əlaqədar olaraq T.Y. axtarılır.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Adı açıqlanmayan bankın işçisi müştərilərin 5 milyonunu sevgilisinə

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.