Dünya

Məşhur müğənni öldü

21 Aprel 2017 11:46
0 Şərh     Baxış: 1 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Soul janrı mahnılarının ifaçısı Kyuba Qudinq ölüb.

Milli.Az APA-yaistinadən xəbər verir ki, The Main Ingredient (Əsas inqredient) qrupunun aparıcı vokalisti 72 yaşında vəfat edib.
 
Kyuba Qudinqin meyiti Kaliforniya ştatının San-Fernando Velley şəhərində şəxsi avtomobilində aşkar edilib. Onun yüksək dozada narkotik qəbul etdiyindən öldüyü bildirilir. Avtomobilin salonunda, həmçinin alkoqol içkisi olan şüşələr tapılıb.
 
Qeyd edək ki, ABŞ-ın Main Ingredient qrupu ötən əsrin 70-ci illərində məşhurlaşıb. 1972-ci ildə Kyuba Qudinq bu kollektivin ən məşhur Everybody Plays the Fool mahnısını ifa edib. Bu mahnı mötəbər "Grammy" musiqi mükafatının nominantı olub.
 
Kyuba Qudinq Hollivud aktyoru, Oskar mükafatı laureatı kiçik Kyuba Qudinqin atasıdır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.