Dünya

Parisdə seçkiqabağı güllələnmə: yenə də polis - VİDEO - FOTO

21 Aprel 2017 09:52
0 Şərh     Baxış: 1 309

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Parisdə polislərə hücuma görə məsuliyyəti üzərinə götürüb.

Milli.Az European-a istinadən bildirir ki, teraktı Belçika vətəndaşı Əbu Yusif əl Üsri törədib. İŞİD-in informasiya agentliyi sayılan AMAG onu "Əl Belciqi" kimi qələmə verib.

Fransa prezidenti Fransua Olland bu gün səhər saatlarında telemüraciətində bildirib ki, az sonra təhlükəsizlik, müdafiə və kəşfiyyat məsələləri ilə bağlı fövqəladə toplantı keçiriləcək: "Hər şey bu hücumun terrorizmlə bağlı olduğunu göstərir. Təhlükəsizlik qüvvələri prezident seçkiləri zamanı da sayıq olacaqlar".

Fransada prezident seçkilərinin ilk turu aprelin 23-də keçiriləcək.

Parisdə terakt dünən axşam törədilib. Polisin xidməti avtomobilinin yanında maşın dayanıb. Maşından çıxan kişi "Kalaşnikov" avtomatından atəş açmağa başlayıb. Bir polis əməkdaşı hadisə yerində həlak olub, iki nəfər yaralanıb. Terrorçu öldürülüb, onun yanındakı şəxs isə aradan çıxıb.

Həmin şəxsin axtarışları aparılır. İlkin məlumatlara görə, o, Parisə Belçikadan qatarla gəlibmiş. Belçikanın Antverper şəhərinin polisi fransalı həmkarlarına məktub yollayaraq xəbərdarlıq edibmiş ki, silahlı şəxs Parisə gedən sürət qatarına bilet alıb.

Paris metrosunun "George V", "Roosevelt" və "Champs-Elysées-Clemenceau" stansiyaları bağlıdır. Stansiyaların iki saat sonra açılacağı deyilib.

Fransa prezidentliyə namizədlərin hamısı teraktı qətiyyətlə pisləyiblər.

İŞİD-in Parisdəki terakta görə məsuliyyəti belə tezliklə boynuna götürməsi göstərir ki, terror təşkilatı bu hücuma dəstək verməyib - İŞİD teraktın olacağından əvvləcədən xəbərdardı və onu hazırlamışdı.

Parisien bildirir ki, Parisdə 39 yaşlı Kərim Şorfi adlı şəxsin evində axtarışlar aparıb. Polis bu şəxsi teraktda əsas şübhəli sayır.

Kərim Şorfi "təcrübəli" residivisitdir. 2005-ci ildə o, iki polis zabitini qətlə yetirmək cəhdində suçlanmış və 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Parisin mərkəzində, Yelisey Çöllərində teraktın vaxtı da təsadüf deyildi. Polislər güllələnəndə France-2 ümummilli telekanalında ölkə prezidentliyinə namizəd olan 11 şəxsin iştirakı ilə böyük seçkiqabağı efir keçirilirdi.

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Fransua Fiyon və onun əsas rəqibi, ultrasağçı, irqçi Milli Cəbhə Partiyasının lideri Marin Le Pen bu günə nəzərdə tutulmuş bütün seçkiqabağı tədbirləri təxirə salıblar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

В сети появилось видео смертельной стрельбы в центре Парижа

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.