Dünya

Olland Parisdəki atışmanı terror aktı adlandırıb

21 Aprel 2017 08:34
0 Şərh     Baxış: 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa prezidenti Fransua Olland bildirib ki, Parisdə polis əməkdaşlarına qarşı törədilən hücum, ilkin məlumatlara əsasən, terror xarakteri daşıyıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, yekun rəy Paris prokurorluğunun antiterror şöbəsinin apardığı istintaqın nəticələri bəlli olduqdan sonra veriləcək.

Dövlət başçısı aprelin 21-də Təhlükəsizlik Şurasının iclas keçirəcəyini bildirib. Olland bu barədə baş nazir və DİN rəhbərinin iştirakı ilə keçirdiyi təcili müşavirədən sonra bildirib.
 
İnsident nəticəsində bir polis həlak oldu, daha ikisi yaralandı. Hücum edən şəxs cavab atəşi ilə məhv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.