Dünya

Bu ölkədə heç kim prezident olmaq istəmir

20 Aprel 2017 14:45
0 Şərh     Baxış: 1 273

Albaniya parlamenti səsvermənin birinci mərhələsində prezident seçə bilməyib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, buna səbəb ölkənin baş naziri Edi Ramanin başçılıq etdiyi hakim partiyanın prezident seçkilərində heç kimin namizədliyini irəli sürməməsidir.

"Biz müxalifətlə dialoq aparmaq arzusunda olduğumuzu nümayiş etdirmək məqsədilə yeni prezidentin seçilməsi ilə bağlı namizədlər irəli sürməmişik", - Parlamentin sədri İlir Meta bildirib.

Qeyd edək ki, prezidentliyə namizədin qələbə qazanması üçün 140 deputatdan 84-ü ona səs verməlidir. Əgər beş raunddan sonra dövlət başçısı seçilməsə indiki parlament buraxılacaq. Maraqlıdır k, bu ölkədə nədənsə heç kim prezident olmaq istəmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.