Dünya

Tillerson: “İranla nüvə razılaşması uğursuz olub”

20 Aprel 2017 08:38
0 Şərh     Baxış: 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın nüvə proqramına dair razılaşma uğursuzluğa düçar olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.
 
Onun sözlərinə görə, Birgə Hərtərəfli Fəaliyyət Planı İranı nüvə statusundan məhrum etməyib: "Bu, onların nüvə dövləti olmaq məqsədini yalnız təxirə salıb".
 
R.Tillerson həmçinin İrana qarşı "strateji dözüm" siyasətini də uğursuz adlandırıb.  "Bu ölkədən gələn təhdidlərə cavab vermək lazımdır", deyə R.Tillerson vurğulayıb.
 
Qeyd edək ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.