Dünya

Peterburqda Əkrəm Əzimov saxlanılıb

19 Aprel 2017 21:27
0 Şərh     Baxış: 2 032

Moskva yaxınlığında Peterburq metrosunda törədilən terror aktının təşkilatçılarından biri Abror Əzimovun qardaşı saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik xidmətindən bildiriblər.

Məlumata əsasən, araşdırma zamanı məlum olub ki, 1988-ci il təvəllüdlü Əkrəm Əzimov terror aktının hazırlanması zamanı pulların keçirilməsinə köməklik edib, eyni zamanda beynəlxalq terror təşkilatlarının emissarları ilə rabitə kanalının təşkilində iştirak edib.
 
Qeyd edək ki, Əkrəm Əzimovun kiçik qardaşı Abror aprelin 17-də Moskva vilayətinin Odintsovo rayonunda saxlanılıb.
 
Xatırladaq ki,  Sankt Peterburq metropolitenində aprelin 3-də törədilən partlayış nəticəsində 15 nəfər ölüb. Partlayış Qırğızıstan əsilli Akbarjon Cəlilov tərəfindən həyata keçirilib.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.