Dünya

Rusiyanı qana boyamaq istəyənlər zərərsizləşdirildi

19 Aprel 2017 16:42
0 Şərh     Baxış: 840

Rusiyada terror aktı hazırlayan iki nəfər zərərsizləşdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Orta Asiya respublikalarının birinin vətəndaşları olan həmin şəxslərin beynəlxalq terror təşkilatları ilə əlaqəli olduğu bildirilir.
 
Qeyd olunur ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Vladimir vilayətində 1991 və 1987-ci il təvəllüdlü, Orta Asiya ölkələrinin birindən olan və saxlanılma zamanı silahlı müqavimət göstərən iki nəfəri zərərləşdiriblər. Onlar kustar üsulla istehsal edilən partlayıcı qurğuların hazırlanma texnologiyalarına maraq göstəriblər və Rusiya ərazisində terror aktı törətməyə planlaşdırıblar.
 
Əməliyyat-axtarış tədbirləri zamanı partlayıcı qurğunun hazırlanması üçün istifadə olunan komponentlər, AK-74, PM tapançası və sursat tapılıb.
 
Faktla bağlı cinayət işi açılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.