Dünya

Rusiyanın Ermənistanda hərbi təlimlərə başlayıb

19 Aprel 2017 09:14
0 Şərh     Baxış: 1 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Cənub Hərbi Dairəsinin (CHD) döyüş aviasiyası və hava hücumundan müdafiə bölmələri Ermənistanda döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədi ilə təlimlərə başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə CHD mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib.  
 
Hərbçilər, həmçinin "Kamhud" və "Alagöz" dağ poliqonlarında zenit-raket kompleksləri qarşılıqlı uzlaşma şəraitində hava hədəflərinin vurulması və müşayiət edilməsi kimi müxtəlif döyüş tapşırıqlarını praktiki şəkildə icra edəcəklər.  
 
Təlimlərə 500-dək hərbçi, 100-dən çox hərbi xüsusi texnika, o cümlədən, "Buk-M1-2", "S-300B" zenit-raket kompleksləri, Rusiyanın Ermənistandakı "Erebuni" aviabazasından MİQ-29 qırıcı təyyarələr, "Mi-24P" və "Mi-8MT" helikopterləri cəlb olunub.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.