Dünya

Xəstəxanada yanğın: 2 nəfər xəsarət aldı, 100 nəfər təxliyə edildi - Rusiyada

18 Aprel 2017 10:35
0 Şərh     Baxış: 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Rusiyada xəstəxanada baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində 1 saylı vilayət klinik xəstəxanasının yeddinci korpusunun zirzəmisində olub.
 
İlkin məlumata görə, yanğın 10 kv.m sahəni əhatə edib. Yanğınsöndürənlər hadisə yerinə gələnə qədər xəstəxanadan 100-ə qədər insan təxliyə olunub. Yanğınsöndürənlər zirzəmidə olan 2 elektriki xilas ediblər. Onlar üçüncü dərəcəli yanıq xəsarəti alıblar və xəstəxanada yerləşdiriliblər. Yanğın 18 dəqiqə ərzində lokallaşdırılıb. Hadisə nəticəsində zirzəmidə olan elektrik qoruyucusuna ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.