Dünya

Üztanıma texnologiyası sayəsində 27 ildən sonra valideynlərini tapdı

17 Aprel 2017 19:36
0 Şərh     Baxış: 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Baidu" şirkətinin üztanıma texnologiyası Çinin 33 yaşlı sakininə 27 ildən sonra valideynlərini tapmasına səbəb olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 6 yaşlı Fu Qui 1990-cı ildə məktəbdən qayıdarkən naməlum şəxslər tərəfindən qaçırılıb.
 
Bir ailə tərəfindən övladlığa götürülən uşaq adını və doğum yerini xatırlamayıb. 2009-cu ildə o, 10 yaşına aid uşaqlıq fotosunu valideynlərini axtaran insanlara yardım məqsədilə yaradılan "Baobeihuijia" ("Körpə, evə qayıt!") saytında paylaşıb. Bu ilin yanvarında isə əsl atası Funun 4 yaşında çəkilmiş fotosunu yayıb.
 
Fotolar müxtəlif yaşlarda çəkilsə də, "Baidu"nun üztanıma texnologiyası onların arasında uyğunluq tapıb, DNA testi isə saytın ehtimalını təsdiqləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.