Dünya

Moldovada "rüşvət əməliyyatı": 19 məmur saxlanıldı

11 Aprel 2017 19:41
1 Şərh     Baxış: 450

Moldovada hökumət və dövlət orqanlarında aparılan yoxlamalar zamanı 19 məmur saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yoxlamalar korrupsiya ilə mübarizə çərçivəsində həyata keçirilib.

Məlumatda qeyd olunur ki, saxlananlar arasında 3 mer, 1 nəfər meriyanın mühasibi, bundan başqa lisey, gimnaziya direktorları, eləcə də şirkət rəhbər və əməkdaşları var.

Saxlanan məmurlar rüşvət almaqda və tenderlərin keçirilməsi zamanı qanun pozuntularında şübhəli bilinirlər.

Axtarışların davam etdirildiyi barədə məlumat verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Elşad · 11 Aprel 20:5200

    Keçiş SSRÌ respublikalarinin demek olar ki, hamısında rūşvetxorluq var (Pribaltika respublikalarından ve elbettediki AZERBAYCANDAN başqa )

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.