Dünya

Gürcüstanda yeni aviataksilər istifadəyə verildi

4 Aprel 2017 21:38
1 Şərh     Baxış: 1 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Adjara Group Hospitality" ("Adjara qonaqpərvərlər qrupu") yeni "Aviator" aviataksilərinin istismarına başlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, yeni aviataksilər həm daxili, həm də beynəlxalq reyslər həyata keçirəcək.
"Beechcraft king Air C90 GTx" taksi təyyarələri Tbilisi beynəlxalq aeroportundan Gürcüstanın bütün yerli aeroportlarına, eləcə də, Bakı, İrəvan, İstanbul, Trabzon və digər regionlara uçuşlar həyata keçirəcək. Şirkət gələcəkdə reyslərin sayının artırılmasını və yeni təyyarə parkının yaradılmasını nəzərdə tutub.
Yeni, müasir tipli avadanlıqlarla tam təchiz olunmuş təyyarə 5 nəfər sərnişin üçün nəzərdə tutulub. Uçuş zamanı sərnişinlərin təhlükəsizliyi, biznes-klass tələblərinə cavab verən bütün tələblər yerinə yetiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.