Dünya

Estoniya və ABŞ birgə hərbi təlimə başlayıb

21 Mart 2017 11:11
0 Şərh     Baxış: 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 20-də Estoniya və ABŞ "Kuldlabidakene-2017" birgə hərbi təliminə başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Estoniya Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
 
Hərbi təlimdə Estoniyanın İkinci piyada briqadasının bölüyü, minaatan batareyası, minaaxtaranlar, kəşfiyyatçılar, tank əleyhinə bölük, ABŞ tərəfdən isə ordunun 68-ci zirehli polkunun birinci taboru "Abrams" tankları və "Bradley" zirehli maşınları ilə iştirak edir. Təlimdə ABŞ-ın "UH-60 Black Hawk" markalı hərbi vertolyotu da iştirak edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.