Dünya

İŞİD silahlıları Qərbi Mosulda polis polkovnikini əsir götürüblər

20 Mart 2017 21:57
0 Şərh     Baxış: 1 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərbi Mosulda İŞİD silahlıları İraq polisinin polkovnikini əsir götürüblər.

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyi  İraq daxili işlər nazirliyinin rəsmisinə istinadən məlumat verib.

Adı açıqlanmayan yüksək rütbəli zabitlə birgə 8 polis əməkdaşının da əsir düşdüyü bildirilir. Hadisənin təfərrüatları barədə məlumat verilmir.
 
Qeyd edək ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Bu ilin fevralında Mosulun qərbinin azad edilməsi üçün əməliyyat başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.