Dünya

BƏƏ İsveçrədəki səfirini geri çağırdı - GƏRGİNLİK

20 Mart 2017 14:41
0 Şərh     Baxış: 1 362

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyi ölkənin İsveçrədəki səfiri Mayyu Cauxari Tisafini geri çağırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Gmireyts al-yaum" qəzeti məlumat yayıb.
 
Buna səbəb İsveçrənin BMT-də Bəhreyndə insan hüquqlarının pozulduğunu bəyan etməsi olub. Bəhreynin insan haqlarının qorunması sahəsində bir sıra addımlar atdığını vurğulayan BƏƏ xarici işlər nazirinin müavini Əbderrahim əl-Audi deyib ki, belə məsələləri ikitərəfli kanallarla müzakirə etməyə üstünlük vermək lazımdır, Bəhreynlə İsveçrə arasında da belə kanal yaradılıb. Ə. əl-Audi Bəhreynin təhlükəsizliyi və sabitliyinin BƏƏ-nin təhlükəsizlik və sabitliyi olduğunu vurğulayıb: "İsveçrə kimi bəyanatların verilməsi isə dağıdıcı və terrorçu fəaliyyətlərin həyata keçirilməsinə bəhanə yaradır. BƏƏ İsveçrənin bu məsələ ilə bağlı mövqeyinə yenidən baxmasını gözləyir".
 
Qeyd edək ki, 2011-ci ildə Bəhreyndə Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrinin dəstəyi ilə hökumət əleyhinə şiə qruplaşmaların etiraz aksiyaları yatırdılıb. 2014-cü ildə Bəhreyn paytaxtında təhlükəsizliyin qorunmasında iştirak edən BƏƏ polis zabiti də şiə qruplaşmalar tərəfindən öldürülüb. 

 Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.