Dünya

Dəməşqdə atışma - Rusiya səfirliyinin binasına ziyan dəydi

20 Mart 2017 13:31
0 Şərh     Baxış: 1 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Dəməşqdə atışma zamanı Rusiya səfirliyinin binalarından birinə ziyan dəyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Suriyadakı səfiri Aleksandr Kinşak bildirib
 
Binanın pəncərəsinin şüşəsi sınıb. A. Kinşak səfirliyin həmin binasının əvvəllər istifadə edildiyini bildirib. Həmin binada konsulluq şöbəsi yerləşib. Ancaq sonradan yaxınlıqdakı yaşayış məhəlləsi silahlı birləşmələrin nəzarətinə keçdikdən sonra təhlükəsizliklə əlaqədar binanın istifadəsi dayandırılıb. Binada yalnız yerli mühafizəçi olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.