Dünya

Sarkisyan özünün daha bir opponentini həbs etdirdi

19 Mart 2017 15:39
0 Şərh     Baxış: 1 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerevanda məhkəmə müxalif "Təsisedici parlament"in üzvü Armen Mikaelyanı qanunsuz silah gəzdirməkdə təqsirli bilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, ona bir illik həbs cəzası verilib.

Xatırladaq ki, Armen Mikaelyan 27 iyul 2016-cı ildə odlu silah gəzdirməkdə şübhəli bilinərək həbs edilmişdi. Amma 16 avqust 2016-cı ildə onu pul girovu müqabilində azadlığa buraxmışdılar.

Mikaelyan məhkəmədə bildirib ki, revolveri ona polis bölməsində atıblar. Bununla belə, girov müqabilində daha əvvəl azadlıqğa buraxılmış Mikaelyan məhkəmə zalında həbs edilib.

Erməni müxalifəti Armen Mikaelyanın həbsini erməni hakimiyyətinin öz siyasi opponentlərinin məhv edilməsi üzrə genişmiqyaslı kampaniyasının bir hissəsi hesab edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.