Dünya

"Roskosmos"un keçmiş icraçı direktorunun meyiti tapıldı

18 Mart 2017 16:00
0 Şərh     Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada istintaq təcridxanasında Rusiyanın "Roskosmos" dövlət şirkətinin keçmiş icraçı direktoru Vladimir Yevdokimovun meyiti aşkar edilib.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə Moskva üzrə İstintaq Baş İdarəsinin mətbuat xidmətinin təmsilçisi Yuliya İvanova bildirib.

"1965-ci il təvəllüdlü kişinin meyitinə baxış zamanı ürək nahiyəsindən iki bıçaq yarası aşkar edilib", - deyə o vurğulayıb.

Məlumata görə, V.Yedokimov ötən ilin dekabrında tutulub. O, "MiQ" "Rusiya təyyarə-tikinti şirkəti" Açıq Tipli Səhmdar Cəmiyyətinə 200 milyon rubl (3 milyon 464 min 713 dollar, yaxud 5 milyon 960 min manat) ziyan vurmaqda ittiham olunurdu.

Faktla bağlı istintaq başlayıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.