Dünya

Parisdə hava limanında atışma: Uçuşlar dayandırıldı - YENİLƏNİB - VİDEO

18 Mart 2017 14:02
0 Şərh     Baxış: 1 577

14:02

Fransanın paytaxtı Parisdəki "Orli" hava limanında naməlum şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən hərbçiyə hücum olub.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, naməlum şəxs hərbçinin silahını almağa cəhd göstərib.
 
Polis naməlum şəxsi zərərsizləşdirib. "Orli" hava limanında uçuşlar dayandırılıb, aeroport boşaldılıb və giriş-çıxış qadağan olunub.
 
Polis tərəfindən hava limanında axtarış aparılır. Hadisənin terror olub-olmadığı araşdırılır.
 
Bundan başqa, Fransa Daxili İşlər Nazirliyi Parisin şimalında polis məntəqəsinə silahlı hücum barədə məlumat yayıb. Hücum nəticəsində üç polis əməkdaşı yaralanıb.

--------

12:50

Milli.Az BBC-yə istinadla bildirir ki, Paris hava limanında güllələnən şəxs ölüb.

Hadisə yerində araşdırma aparılır. Hava limanına bomba mütəxəssisləri də cəlb olunublar.

------

12:35

Paris hava limanında atışma olub.

Milli.Az bildirir ki, BBC-nin verdiyi son dəqiqə xəbərinə görə, polis Parisin Orli hava limanında əsgərin silahını əlindən almağa çalışan şəxsə atəş açıb.

Sərnişinlər hava limanından təxliyyə olunurlar.

Bəxtiyar Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Parisdə hava limanında atışma: sərnişinlər təxliyyə edilir

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.