Dünya

Öldürüldükdən sonra bankda adına hesab açıldı - Karlovun qatili "DİRİLDİ"

18 Mart 2017 11:11
0 Şərh     Baxış: 3 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya səfiri Andrey Karlovlun qətli ilə bağlı istintaq davam etdirən Ankara Respublika Prokurorluğu yeni detalların üstünü açıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsindən saatlar sonra qatili Mevlüt Mert Altıntaşın adına bankda bir hesab açıldığı üzə çıxıb.

Qeyd edək ki, prokurorluq Altıntaşın Karlovu vurmasından təxminən 2.5 saat sonra istifadə etdiyi mail ünvanındakı yazışmalarının silindiyini təsbit etmişdi. 

Hesabın telefon vasitəsilə açıldığını müəyyən edən polis, əməliyyatın aparıldığı mobil telefon nömrəsini aşkar edib. Beləliklə, hesabı açmaq üçün istifadə edilən 0537 484 .... nömrəli telefonun sahibini tapmaq mümkün olub. Nəzarətə götürülən şübhəli şəxs nömrənin oğlu Ş. tərəfindən istifadə edildiyini söyləyib. Ata sərbəst buraxıldığı halda oğlu Ş. nəzarətdə saxlanılıb. 

Ş. ilk ifadəsində İzmirdə çobanlıq etdiyini, Altıntaşın internetdə olan şəxsi məlumatından istifadə edərək onun adına hesab açdığını etiraf edib. Polis Ş.-nın bank əməliyyatları və əlaqələrini araşdırmaqda davam edir. Ş.-nın fırıldaqçılıq məqsədilə Altıntaşın adına hesab açmış ola biləcəyi iddia edilir.

Karlovun qatili ilə bağlı Rusiya istintaq heyətinin də aşkar edilən bu detalla bağlı xəbərdar edildiyi deyilir.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.