Dünya

Qaynı ilə sevişdi: onun olmaq üçün ərini öldürtdü - FOTO

17 Mart 2017 18:30
Baxış: 11 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Diyarbəkir şəhərində 2016-cı ilin 8 oktyabr tarixində öldürülən Ali Kesik cinayətinin sirri 6 ay sonra açılıb.

Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, qaynı M.K. ilə eşq yaşayan Kesikin həyat yoldaşı L.K. məhkəmədə həbs olunub.

Kimsəsiz bir ərazidə 33 yerindən bıçaqlanaraq öldürülən 42 yaşlı 5 uşaq atası Əli Kesik cinayətinin detalları üzə çıxıb. İstintaq qrupu Kesikin bütün yaxınlarının izahatını alıb. Mərhumun 33 yaşlı qardaşı M.K.-nin ziddiyyətli ifadələri polisi şübhələndirib. 

M.K.-nin 4 ildir qardaşı arvadı L.K. ilə eşq yaşadığı və evlənmək üçün böyük qardaşını planlaşdıraraq öldürdüyü məlum olub. Polis M.K.-nin hadisə günü icarəyə avtomobil götürərək qardaşını təqib etdiyini, tanınmaması üçün üzünü bağlayaraq qardaşının qarşısını kəsib və avtomobildən enən zaman 33 bıçaq zərbəsi ilə onu öldürdüyü müəyyən edilib.  İstintaqa o da məlum olub ki, mərhumun həyat yoldaşı sevişdiyi qaynına "Artıq bitir bu işi" deməsindən sonra Ali Kesik qardaşı tərəfindən amansızca qətlə yetirilib.

M.K. və gəlinləri məhkəmə zalında həbs ediliblər.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.