Dünya

Meksikada atışma: 5 ölü

17 Mart 2017 08:52
0 Şərh     Baxış: 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikanın Halisko ştatının Hokotepek şəhərində şossedə polislər və cinayətkərlar arasında atışma baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, atışma nəticəsində 5 cinayətkar öldürülüb.

Polislərin məlumatına görə, cinayətkarlar şossedə polislərə hücum ediblər. Öldürülənlərin hamısı cinayətkarlar olub. Bir neçə cinayətkar hadisə yerindən gizlənə bilib.

Hadisə yerində polis əməkdaşları bir neçə avtomobil və silah müsadirə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.