Moskvada qanuni və qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülər arasında münaqişə atışma ilə nəticələnib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, insident nəticəsində qanunsuz taksi fəaliyyəti ilə məşğul olan iki Ermənistan vətəndaşı yaralanıb.
Məlumata görə, hadisə Moskvanın Solntsevo rayonunda baş verib. Reanimasiyaya yerləşdirilən ermənilərdən biri başından, digəri isə bel və ayaq nahiyəsindən xəsarət alıb.
Fakt üzrə cinayət işi başlanıb. İnsidentlə əlaqədar saxlanılan yoxdur.
Milli.Az