Dünya

Ən çox istifadə olunan bu dərmanlar ÖLÜMƏ səbəb ola bilər

16 Mart 2017 23:35
1 Şərh     Baxış: 3 480

İbuprofen və diklofenak bütün dünyada ən tanınmış və tez-tez istifadə olunan ağrıkəsici dərmanlardır.
Lakin son elmi araşdırmalar bu dərmanların ciddi yanaşı təsirləri və ziyanları aşkar edib.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Kopenhagen Universiteti alimləri araşdırmalar zamanı aşkar ediblər ki, ibuprofen və diklofenakın qəbulu insanda ürəyin qəfil dayanmasına səbəb ola bilər.
Qeyri-steroid iltihabəleyhinə preparatların arasında tərkibində diklofenak olan preparatlar ən təhlükəli hesab edilir. Belə ki, onlar ürək dayanmasının riskini 50% artırır.
İbuprofenin qəbulu isə bu ağır pozulmanın riskini 31% artırır.
Bu araşdırma növbəti dəfə sübut edib ki, ziyansız dərman yoxdur və istənilər hətta ən "ziyansız" və tanınmış preparat yalnız həkim tərəfindən buna ciddi səbəb olduqda təyin olunmalıdır. Müstəqil şəkildə həkimlə məsləhətləşmədən istənilən dərmanın qəbulu qəti şəkildə yolverilməzdir və ağır pozulmaların inkişafına səbəb ola bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    sehriyar · 17 Mart 10:3100

    way way

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.