Dünya

6 uşaq atasını güllələdilər - ABŞ-da polis vəhşiliyi - VİDEO - FOTO

14 Mart 2017 11:18
4 Şərh     Baxış: 949

Onu niyə güllələdiniz?! Onu niyə öldürdünüz?!

Polislər bu suala cavab verməyiblər. Onlar maşınından düşən Maykl Entoni Peresi güllələyiblər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay ABŞ-ın Kaliforniya ştatındakı Anahaym ştatında yaşanıb.

Yol hərəkət qaydalarını pozan və işıqforun qırmızı işığında yolu keçən Maykl Entoni Peres polislərin tələblərinə məhəl qoymayıb. O, maşınını sürətlə sürərək aradan çıxmaq istəyib. Fəqət, polislər Peresi haqlayıblar.

Peresin ağ offrouderini mühasirəyə alan polis zabitləri ondan avtomobildən enməsini tələb ediblər. Sürücü tələblərə yenə məhəl qoymayıb və maşından düşməyib.

İki polis arxadan yaxınlaşaraq maşının sağ tərəfinə keçiblər və pəncərədən Peresə "Düş maşından!" deyiblər.

Peres əlindəki qaz balonunu onlara tuşlayanda polislər maşına su şırnağı buraxıblar. Daha sonra 4 polis maşının pəncərələrini sındırmağa başlayıb.

6 övlad atası Peres maşının pəncərəsindən aşağı düşəndə polislərdən biri "Onun əlində bıçaq var!" qışqırıb.

Bu dəm Peresə iki atəş açılıb.

Təcili yardım Maykl Entoni Peresi hospitala aparsa da, o, intensiv terapiya bölməsində keçinib.

Oranj bölgəsinin polis departamentinin zabiti Rob Torsenin dediyinə görə, Peres əvvəllər qanunsuz silah və narkotik maddə saxlamaqda suçlanaraq iki dəfə həbsdə olub.

"Onun əlində iki bıçaq vardı və polis zabitləri üçün real təhlükə mənbəyi idi. Bu səbəbdən də polislər atəş açmaq məcburiyyətində qalmışdılar", - R.Torsen deyib.

Baş verənləri smartfonu ilə çəkmiş Fabian Uearta isə hələ də şokda olduğunu söyləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

6 uşaq atasını güllələdilər - ABŞ-da polis vəhşiliyi

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Gunay · 14 Mart 11:2121

    ABŞ nin Polisleri Cox qeddardi.

    Cavab yaz
  • Anonim
    Nəbiyev · 14 Mart 11:2411

    yaxşı eləyiblər

    Cavab yaz
  • Anonim
    Kamal · 14 Mart 12:0701

    Bu da abs polisi demokratiya

    Cavab yaz
  • Anonim
    ss · 14 Mart 12:1300

    başım çıxmır.bu abş polisindən.əlindən ayağından vurun.niyə öldürürsünüz?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.