Dünya

Stoltenberq: "Şotlandiya müstəqillik qazanarsa..."

13 Mart 2017 20:50
0 Şərh     Baxış: 1 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şotlandiya müstəqillik qazanarsa, NATO üzvlüyünü itirəcək".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Şotlandiyanın Böyük Britaniyanın tərkibindən ayrılmaqla bağlı referendum keçirmə planına münasibət bildirərkən deyib.

O, bildirib ki, belə olduğu halda, Böyük Britaniya təşkilatın tərkibində qalacaq, Şotlandiya isə yeni dövlət kimi üzvlüklə bağlı müraciət etməli olacaq.

Qeyd edək ki, bu gün Şotlandiyanın birinci naziri Nikola Sterjen müstəqilliklə bağlı ikinci dəfə referendum keçirəcəkləri haqqında bəyanatla çıxış edib. Onun sözlərinə görə, səsvermə 2018-ci ilin payızından 2019-cu ilin yazına kimi "Brexit"in şərtləri məlum olduqdan sonra keçirilməlidir.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.