Dünya

22 il oğlunun cəsədini zirzəmidə saxladı

13 Mart 2017 20:35
4 Şərh     Baxış: 4 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanlı Tsiuri Kvaratsheliya 20 ildən artıq müddətdə oğlunun cəsədini zirzəmidə saxlayıb.

Milli.Az interaz-a istinadən xəbər verir ki, 22 yaşlı Coni Barakadze öldükdən sonra ailəsi onu dəfn etməməyə qərar verib. Səbəb isə gələcəkdə oğlunun atasını görə bilməsi idi.

Meyiti qadının zirzəmisinə yerləşdirirlər. O, ilk 4 il ərzində cəsədi mumiyalamaq üçün mayedən istifadə edib.

Lakin qadın yuxuda eşitdiyi səsi əsas gətirərək cəsədin üzərini digər maye (spirt) ilə silməyə başlayıb. Ana oğlunun meyitinin qaralması və çürüməsinin qarşısını almaq üçün hər gün bu prosesi icra edib.

Son illər yaş öz sözünü deməyə başlayır. Tsiuri sağlamlığı ilə bağlı problemlər səbəbindən cəsədə qulluq etməkdə çətinlik çəkib. Meyiti pəncərəyə malik tabuta yerləşdiriblər. Maraqlıdır ki, kişinin artıq 20 yaşı tamam olan oğlu atasını dəfələrlə görüb və qohumlarının düzgün qərar qəbul etdiklərini düşünür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.