Dünya

Tramp NATO-da dəyişiklik istəyir

17 Fevral 2017 20:46
0 Şərh     Baxış: 1 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp NATO-nu dəstəkləyir, amma hesab edir ki, alyansda dəyişikliyə ehtiyac var.

Trend "TASS"-a istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri Ceyms Mettis Münhen Təhlükəsizlik Konfransında çıxışında deyib: "Tramp bugünkü tələblərə uyğunlaşmaq üçün NATO-da dəyişiklik ideyasını dəstəkləyir".

Onun sözlərinə görə, NATO yeni təhlükələri müzakirə etməli və vahid blok şəklində çıxış etməlidir. Yeni təhlükələr dedikdə isə ABŞ müdafiə naziri terrorizm, kiberhücum və hibrid müharibələrini nəzərdə tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.