"Ədalətli Rusiya" fraksiyasının sədr müavini Oleq Nilov Ukraynada keçiriləcək "Eurovision" mahnı müsabiqəsinə Rusiyadan İosif Kobzonu və A.V.Aleksandrov adına mahnı və rəqs ansamblını göndərməyi təklif edib.
Milli.Az bu barədə oxu.az-a istinadən xəbər verir.
"Mənim təklifim İosif Davıdoviçi Aleksandrov xoru ilə mayın 9-da Kiyevə (müsabiqəyə) göndərməkdir, əgər Ukrayna imtina edərsə, gəlin müvafiq tədbirlər görək", - Nilov bunu Dövlət Dumasının plenar iclasında bəyan edib.
Ukrayna "Eurovision-2017"-ni qəbul etmək hüququnu Camalanın 2016-cı ildə Stokholmda keçirilən müsabiqədə "1944" mahnısı ilə qalib gəldikdən sonra qazanıb. Müsabiqənin finalı mayın 13-nə, yarımfinallar isə 9 və 11-nə planlaşdırılıb.
Milli.Az\