Dünya

Kembricdə çalışan azərbaycanlı professor: “Humanitar elmlər ideoloji silahlara oxşayır ”

11 Fevral 2017 20:24
4 Şərh     Baxış: 2 147

Hazırda dünyanın bir çox ölkələrinin elmi mərkəz və  akademiyalarında humanitar profilli elm sahələri dəqiq, texniki və təbiət elmlərinin kölgəsində qalıb. Azərbaycanda da eyni tendensiya yaşanır. Doğrudur, bizdə dəqiq və təbiət elmləri kimi fundamental sahələrdə demək olar ki, heç bir nailiyyət olmasa belə, onların humanitar sahələrdən vacibliyi hiss olunur. Təbii ki, humanitar profilli elm sahələri də bəşəriyyət üçün vacibdir və onların lazımlılığına zərrə qədər şübhəmiz yoxdur. Lakin XXI əsr öz diktəsini bütün cəmiyyətlərə yönəldir. Belə olan surətdə ədəbiyyat, etnoqrafiya, dilçilik, antropologiya və s. kimi sahələrin bu gün nə dərəcədə zəruri olması və faydalılıq göstəricisinin artması üçün hansı istiqamətlərdə çalışması sualı ortaya çıxır.

Milli.Az modern.az-a istinadən bildirir ki, dünya çapında tanınan azərbaycanlı alim, Kembricdəki Molekulyar Biologiya Laboratoriyasının müdiri,  professor Qərib Mürşüdov yuxarıdakı sualları cavablandırıb:
 
"Dəqiq və qeyri-dəqiq elmlərin hər birinin öz yeri var. Elmin əsas məqsədini belə demək olar: dünyada gedən hadisələrin necə işləməsinin başa düşülməsi və onların sistemli analizi. Elmi nəticələr texnologiyanın inkişafına təkan verə bilər, amma bu fundamental elmin əsas məqsədi deyil. Bu nöqteyi-nəzərdən dəqiq və qeyri-dəqiq elmlərin öz yeri var.
 
Bu elmlər arasında fərqlər ancaq ondan ibarətdir ki, dəqiq elmlərdə fiziki və riyazi üsullar öz tətbqini tapıb, qeyri-dəqiq və ya humanitar elmlərdə isə bu üsulların tətbiqi hal-hazırda ya çox aşağı səviyyədədir.
 
Tarix, dilçilik, etnoqrafiya, antropologiya, sosiologiya, fəlsəfə kimi elmlərin dünyanın keçmişdə və indi necə işləməsini başa düşməyə imkan verə bilər. Bunlar haqda uzun danışmaq olar. Qısası belədir ki, hər bir elmin öz yeri var, amma qeyri-dəqiq elmlər ilə məşğul olanda ehtiyatlı olmaq lazımdır. Çox hallarda bu elmlər siyasi silahlara çevrilir. Və ona görə daha çox ideoloji silahlara oxşayırlar. Digər tərəfdən akademiya sistemi bütün ölkələrdə eyni deyil. Keçmiş sovet ölkələrində tədqiqat institutları akademiya içərisindədir və əsas tədqiqatlar bu institutlarda aparılır.
 
Məsələn, Britaniyadakı Kral Cəmiyyəti Akademiyasında tədqiqat institutları yoxdur. Tədqiqatlar ya universitetlərdə, ya da müxtəlif təşkilatlara məxsus olan tədqiqat institutlarında gedir. Tədqiqatlar əsasən, qrantlar vasitəsi ilə həyata keçirilir. Əgər hər hansı bir elmi qrup və ya institut kifayət qədər tədqiqat apara bilmirsə və qrantlar cəlb edə bilmirsə, onda laboratoriya və ya institut bağlana bilər. Bu institutun, laboratoriyanın və ya elmi qrupun hansı istiqamətdə işləməsindən asılı deyil. Ona görə də hər hansı elmi istiqamətin məqsədəuyğun olub-olmadığını, yaxud,  humanitar elmlərin lazımsızlığını demək, o barədə müzakirə aparmaq  düzgün deyil. Əgər hər hansı elmi sahə özünü maliyyə nöqteyi-nəzərindən doğruldursa, onda onun varlığı məqsədə uyğundur".
 

Mili.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Sevil · 11 Fevral 21:1020

    Fexrimizsiniz professor, Allah uzun omur versin size biz de sevinek ugurlariniza...

    Cavab yaz
  • Anonim
    gendərəli · 11 Fevral 21:4512

    Mən burada fəxr ediləsi heçnə görmürəm . Onda fəxr edərdim ki, hörmətli alim həmin Kembricdə bir neçə nəfər savadlı Azərbaycanlının təhsil almasını təşkil etsəydi. Mənfur qonşularımızın nümayəndəsi olsaydı ,indi onlarla həm millətini çəkib ora aparardı . (Onsuz da olanları bunu edir). Bizimkilər hərə özü üçün yaşayır. Təki də istənilən səmtə çevirmək asandır.

    Cavab yaz
  • Anonim
    Ulduz · 11 Fevral 22:4911

    Qeyd edilən elm adamı özünün elmi fəaliyyəti, yaşayışı üçün Britaniyanı seçibsə, bu onun öz işidir. Amma Azərbaycanda britanizmi yaymağa cəhd göstərməsin. Britaniyanın prestijə, monarxiyaya, imperiyaya və o istiqamətdən gələn ianələrə əsaslanan təhsil sistemi gənclərin şüurlarına həqiqətən azdırıcı təsir edir. "Qırmızı kərpic" universitetdə təhsil alıb bu təhsil prosesində kollektivin təsiri ilə ən xoşagəlməz məşğuliyyətlərə qoşulan adamlar (siyasətçilər, dövlət xadimləri) məşhurlaşdıqdan sonra onların sirrlərini açan məqalələr Britaniyada ali təhsilin nə olduğunu tam göstərir.

    Cavab yaz
  • Anonim
    Ulduz · 12 Fevral 10:1401

    İngilis dilində "rat race" ifadəsi var - kiçik bir qida üçün bir neçə siçovulun mübarizə edib bir birini məhv etməyə çalışması. ABŞ və Britaniya təhsil sistemi gəncləri həmin "rat race" tipli sınaqlara məruz qoyur. Nəticədə qalib gələn "siçovullar"-ı seçib qeydə alırlar ki, onlardan sonra müxtəlif məqsədlərlə istifadə etsinlər - həm dövlət vəzifələrində, həm xarici ölkələrdə dağıdıcı fəaliyyət üçün. Britaniyada təhsil almış başqa ölkə vətəndaşı öz ölkəsində fəaliyyətini Britaniya maraqlarını qoruma istiqamətində yönəltməyə məhkumdur. Belə adamlar öz ölkələrində çox vaxt ingilis şirkətlərində işləyirlər. Britaniyanın şüuru dumanlandıran təsirindən çıxmaq mümkündür, amma çətindir. İnsan bunun üçün çox qüvvə sərf etməlidir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.