Dünya

İran yenə ballistik raket sınadı

9 Fevral 2017 08:38
0 Şərh     Baxış: 526

İran yenə ballistik raket sınağı keçirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat verib.
 
Xəbər adının açıqlanmasını istəməyən hərbi mənbəyə istinadən yayılıb. Məlumata əsasən, sınaq Tehrandan 225 kilometr aralıda, Semnan şəhərinin ətrafında keçirilib.
 
Yanvarın 30-da İran BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq, orta mənzilli ballistik raket sınağı keçirib. İranın müdafiə naziri Hüseyn Dehqan ballistik raket sınaqlarının keçirilməsini təsdiqləyərək bildirib ki, bu addım 2015-ci ildə rəsmi Tehranla "altılıq" arasında nüvə proqramına dair Hərtərəfli Fəaliyyət Planına zidd deyil. Rəsmi Vaşinqton isə İranın raket sınaqlarını pisləyib, bu addımın regionda təhlükəsizlik və sabitliyin pozulması kimi qiymətləndirib. ABŞ həmçinin İrana qarşı sanksiyaları genişləndirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.