Dünya

Dağlıq Qarabağ separatçılarının musiqi qrupu İranda konsert verəcək - YENİLƏNİB

7 Fevral 2017 11:32
4 Şərh     Baxış: 1 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:32

İranın Azərbaycandakı səfirliyi Ermənistanın "Artsaxın səsi" musiqi qrupunun İranda konsert verəcəyi ilə bağlı məlumata münasibət bildirib. 
Səfirlikdən "Report"a verilən məluamata görə, diplomatik nümayəndəlik bu məlumatı İranın Xarici İşlər Nazirliyi və Mədəniyyət və İslam Maarifləndirilməsi Nazirliyinə göndərib.

"Müvafiq qurumlar bu məlumatları yoxlayacaq", - deyə səfirlikdən bildiriblər.

Qeyd edək ki, Ermənistan mətbuatı ermənilərin "Artsaxın səsi" adlı musiqi qrupunun fevralın 8-də İranda konsert proqramı ilə çıxış edəcəyi haqqında məlumat yayıb. Qrupun İran İslam İnqilabının 38-ci ildönümünə həsr edilən tədbirlərində iştirak edəcəyi planlaşdırılıb. 

----------

11:17

İşğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin "Artsaxın səsi" adlı musiqi qrupu İranda konsert proqramı ilə çıxış edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu qrupun bədii rəhbəri Lira Koçaryan deyib. O, qrupun tərkibində 13 nəfərin olduğunu bildirib. 

L. Koçaryan qeyd edib ki, qrup bu il Rusiya, Argentina və Braziliyada da çıxış etmək üçün dəvət alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.