Dünya

Qızdırmadan 42 nəfər öldü

28 Yanvar 2017 10:44
0 Şərh     Baxış: 2 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyada son bir neçə həftə ərzində sarı qızdırma xəstəliyindən 42 nəfər həyatını itirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, faktı Braziliya Səhiyyə Nazirliyi də təsdiq edib.

Qurumun məlumatına görə, son günlər 107 şübhəli ölüm faktı yoxlanılıb və onlardan 42 nəfərin məhz bu xəstəlikdən öldüyü məlum olub.

Digər 65 nəfər barəsində yoxlamalar davam edir.

Bundan başqa, sarı qızdırma xəstəliyinin simptomlarını daşıya biləcək 555 nəfər xəstəxanalara yerləşdirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.