Dünya

Trampın biznesinə kim rəhbərlik edəcək?

11 Yanvar 2017 23:48
0 Şərh     Baxış: 1 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Nyu Yorkda keçirdiyi mətbuat konfransında bəyan edib ki, onun biznesinə iki oğlu - kiçik Donald və Erik rəhbərlik edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, D.Tramp bildirib ki, oğulları şirkətləri "çox peşəkarlıqla" idarə edəcək və ataları ilə nəyisə müzakirə etməyə ehtiyacları olmayacaq.

Yeni prezidentin sözlərinə görə, eyni vaxtda həm biznesinə, həm də ölkəyə rəhbərlik edə bilərdi, lakin bu onun "xoşuna gəlmir".

D.Tramp əlavə edib ki, vergi xidmətində auditdən keçməyincə özünün vergi bəyannaməsini açıqlamayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.