Dünya

Türkiyə Ermənistanla sərhəddə divar tikəcək

11 Yanvar 2017 14:47
5 Şərh     Baxış: 3 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Ermənistanla sərhəd boyunca divar tikməyi planlaşdırır. Trend-in verdiyi məlumata görə, bu təklif hazırda Türkiyənin milli müdafiə və maliyyə nazirlikləri arasında müzakirə olunur.

3 metr hündürlüyündə olacaq beton bloklardan ibarət divar Türkiyənin Ərdəhan, Qars və İğdır vilayətləri boyunca ucaldılacaq.

Qeyd edək ki, hazırda Türkiyə Suriya ilə sərhəddə divarın ucaldılmasını davam etdirir. Burada işlərin bu ilin aprel ayında başa çatdırılacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.