Dünya

Rusiya: "S-400-lər İrana satılmayacaq"

1 Dekabr 2016 17:57
0 Şərh     Baxış: 1 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya İrana S-400 zenit raket komplekslərini verməyəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Rostex" korporasiyasının rəhbəri Sergey Çemezov söyləyib.

Qeyd edək ki, Rusiya bundan öncə İrana S-300 zenit raket komplekslərini verib. İran mətbuatı tərəflər arasında S-400 sistemlərinin ölkəyə gətirilməsi barədə danışıqlar aparıldığını bildirsə də, rəsmi qurumlardan heç biri informasiyanı təsdiq etməyib.

Moskva S-400 komplekslərini indiyə qədər yalnız Hindistan və Çinə satıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.