Dünya

Çavuşoğlu: "Rusiyanın Qarabağ mövqeyinə hörmət edirik"

1 Dekabr 2016 14:17
3 Şərh     Baxış: 1 241
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiyanın Dağlıq Qarabağ münaqişəsini həll etmək iradəsinə hörmətlə yanaşırıq".

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi brifinqdə deyib.

XİN rəhbəri qeyd edib ki, tərəflər Suriya, İraq kimi problemli məsələlərin həllində də birgə hərəkət edəcək: "Bu cür əməkdaşlıq etmək tərəflər üçün çox əhəmiyyətlidir. Bizim görüşümüz görüntü xarakterli deyil. Suriyadakı vəziyyət ortadadır. Oraya humanitar yardımların çatdırılması lazımdır".

Nazir Rusiya tərəfindən Türkiyə vətəndaşlarına qarşı tətbiq edilən viza rejiminin tezliklə ləğv ediləcəyinə ümidvar olduğunu bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.